Arvadını 12 güllə  vurub öldürdü
07 fevral 2025 11:05 (UTC +04:00)

Arvadını 12 güllə vurub öldürdü

Rusiyada kişi arvadını öldürüb.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Trans-Baykal vilayətinin Moqoç şəhərində baş verib.

Məlumata görə, ər-arvad daimi münaqişələr səbəbindən uzun müddət birlikdə yaşamayıblar. Cinayət törədilən gün kişi arvadını təqib edib.

Kişi qadına çataraq, ona tapançadan 12-dən çox atəş açıb.

Nəticədə 31 yaşlı qadın aldığı xəsarətlərdən hadisə yerində ölüb. Faktla bağlı cinayət işi başlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 966

Oxşar yazılar