Yanvar ayında orduda bu cinayətlər olmayıb
07 fevral 2025 09:55 (UTC +04:00)

Yanvar ayında orduda bu cinayətlər olmayıb

2025-ci ilin yanvar ayında Azərbaycan Ordusunda bir sıra cinayət halları qeydə alınmayıb.

Bu barədə Lent.az-a Baş ədliyyə müşaviri Firad Əliyev məlumat verib:

"Hərbi Prokurorluq orqanları ilə Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Daxili Qoşunlar və digər hərbi qurumlar arasında yaranmış qarşılıqlı sağlam və işgüzar əlaqələrin, həmçinin, birgə səmərəli fəaliyyətin, o cümlədən görülmüş qabaqlayıcı tədbirlərin nəticəsində 2025-ci ilin yanvar ayında Silahlı Qüvvələrdə Əmri icra etməmə (Cinayət Məcəlləsinin 328-ci maddəsi), Fərarilik (Cinayət Məcəlləsinin 334-cü maddəsi), Silahla və ətrafdakılar üçün yüksək təhlükə törədən əşyalarla davranış qaydalarını pozma (Cinayət Məcəlləsinin 350-ci maddəsi), Maşınları idarəetmə və istismar qaydalarını pozma (Cinayət Məcəlləsinin 351-ci maddəsi), Qəsdən sağlamlığa ağır zərər vurma (Cinayət Məcəlləsinin 126-cı maddəsi) və Qəsdən adam öldürmə (Cinayət Məcəlləsinin 120-ci maddəsi) cinayətləri qeydə alınmayıb".

Onun sözlərinə görə, 2024-cü ilin eyni ayı ilə müqayisədə, 2025-ci ilin yanvar ayında qeydə alınmış vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma cinayətləri (Cinayət Məcəlləsinin 341-ci maddəsi) 77,8% və rüşvət alma və rüşvət vermə cinayətləri (Cinayət Məcəlləsinin 311-ci və 312-ci maddələri) 31,6% azalıb".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 570

Oxşar yazılar