Bakıda 10 gün əvvəl qəzaya düşən sürücü öldü
07 fevral 2025 09:48 (UTC +04:00)

Bakıda 10 gün əvvəl qəzaya düşən sürücü öldü

Bakıda bir neçə gün əvvəl qəzaya düşən sürücü ölüb.

Lent.az xəbər verir ki, hadisə yanvarın 27-də Xəzər rayonu Buzovna qəsəbəsində qeydə alınıb.

Əliyev Yasin Ələmdar oğlunun idarə etdiyi "Mercedes" markalı avtomobillə Ağayev Nurlan Ağabək oğlunun idarə etdiyi "Tofaş" markalı avtomobil toqquşub. Nəticədə xəsarət alaraq xəstəxanaya yerləşdirilən N. Ağayev fevralın 6-da Respublika Neyrocərrahiyyə Xəstəxanasında ölüb.

Faktla bağlı cinayət işi başlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 495

Oxşar yazılar