Şahdağda "Hummer" aşdı - VİDEO
07 fevral 2025 14:42 (UTC +04:00)

Şahdağda "Hummer" aşdı - VİDEO

Qusarda yol-nəqliyyat hadisəsi olub.

Bu barədə Lent.az-a Baş Dövlət Yol Polisi İdarəsinin inspektoru polis baş leytenantı Elvin Hacıyev məlumat verib.

Onun sözlərinə görə, hadisə fevralın 6-da saat 18 radələrində baş verib:

"Şahdağ yolu, Laza kənd ərazisində qeydə alınan hadisə zamanı nəqliyyat vasitəsində iki nəfər - sürücü və həyat yoldaşı olub. Qarla əlaqədar olaraq sürüşmə baş verib, "Hummer" markalı nəqliyyat vasitəsi tərsinə banı üzərinə aşıb. Hadisə zamanı xəsarət alan olmayıb".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 903

Oxşar yazılar