Qazi mayor öldü
07 fevral 2025 10:52 (UTC +04:00)

Qazi mayor öldü

Gəncədə qazi xəstəlikdən vəfat edib.

Lent.az xəbər verir ki, 44 günlük vətən müharibəsinin qazisi, ehtiyatda olan mayor Həşim Həşimov bu gün Gəncə şəhərində dünaysını dəyişib.

Onun uzun müddətdir onkoliji xəstəlikdən əziyyət çəkdiyi bildirilir. Qazinin bu gün dəfin ediləcəyi qeyd olunub.

Məlumata görə H.Həşimovun bir neçə ay əvvəl ayağının biri amputasiya edilib. Həşimov “Vətən uğurunda” , "Füzulinin azad olunması", "Xocavəndin azad olunması” və bir sıra medallarla təltif edilib.

Mərhum hərbçi ailəli olub və iki qız övladı var.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1434

Oxşar yazılar