Bakıda evdən oğurluq edilib.
Lent.az DİN mətbuat xidmətinin məlumatına istinadla bildirir ki, fevralın 13-də Yardımlı rayon sakini R.Məmiyevin Bakı şəhərində kirayədə yaşadığı evdən 967 manat pul və mobil telefon oğurlanıb.
Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən onunla birgə yaşayan Şirvan şəhər sakini C.Ağayev saxlanılıb.