Azərbaycanda kişi arvadını tövlədə  BALTALADI   - YENİLƏNİB
06 dekabr 2022 21:37 (UTC +04:00)

Azərbaycanda kişi arvadını tövlədə BALTALADI - YENİLƏNİB

Gədəbəydə 32 yaşlı kişinin həyat yoldaşını batla ilə qətlə yetiriməsinin bəzi təfərrüatları məlum olub.

Lent.az APA-ya istinadən xəbər verir ki, həyat yoldaşını qətlə yetirən rayonun Şəkərbəy kənd sakini Elməddin Mayor oğlu Abdulayevin pisxoloji problemləri olub.

Qardaşının verdiyi məlumata görə, hadisə baş verən vaxt onlar mal tövləsində olub və anidən aralarında mübahisə yaşanıb.

Bu zaman Elməddin Abdulayev həyat yoldaşı, 32 yaşlı Abdullayeva Könül Eyvaz qızının başına balta ilə vurub.

Qadın hadisə yerində dünaysını dəyişib.

Qeyd edək ki 8 ildir ailəli olan cütlüyün 3 azyaşlı övladları var.

Hadisəni törədən Elməddin Abdulayev şübhəli şəxs qisimində salxanıb.

Faktla bağlı Gədəbəy rayon Prokurorluğunda araşdırmalar davam etdirilir.

***

14:28

Gədəbəydə qətl hadisəsi baş verib.

Baş Prokurorluğun Mətbuat xidmətindən Lent.az-a bildirilib ki, Gədəbəy rayonunun Şəkərbəy kəndi ərazisində 32 yaşlı Könül Abdullayevanın öldürülməsi barədə ilkin məlumat daxil olub.

Aparılmış araşdırmalarla zərərçəkmişin əri 32 yaşlı Elməddin Abdullayevin şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı balta ilə çoxsaylı xəsarətlər yetirərək Könül Abdullayevanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Hazırda prokurorluq və polis əməkdaşları hadisə yerinin müayinəsini aparırlar.

# 8592
avatar

Oxşar yazılar