Azərbaycan kosmik sənayeyə “maya qoyur”
Azərbaycan hökuməti qarşıdan gələn illərdə əsas diqqəti kosmik sənayenin yaradılmasına və inkişafına yönəltməyi planlaşdırır. Artıq ötən ilin avqust ayında dövlət başçısı tərəfindən təsdiqlənmiş “Kosmik sənayenin inkişaf Proqramı”na uyğun olaraq, hazırlıq işlərinə start verilib. Bu il proqramın icrası ilə bağlı bir sıra sənədlərin və hüquqi normativ bazanın yaradılması və bəzi avadanlıqların Azərbaycanda istehsalına başlanılması nəzərdə tutulur.
Lent.az-ın Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyindən (MAKA) əldə etdiyi məlumata görə, artıq ötən ilin sonlarından dünyanın tanınmış şirkətlərinin layihələri və lisenziyası əsasında bir sıra avadanlıqların və texnologiyaların Azərbaycanda yığılması üçün danışıqlara start verilib. Danışıqlar müsbət nəticələnərsə, bu ilin ortalarından Azərbaycanda peyk qəbuledicilərinin və mikropeyklər üçün avadanlıqların istehsalına başlanacaq. İlk mərhələdə Azərbaycanda istehsal olunacaq avadanlıqlara VSAT və digər terminal stansiyaların element və hissələri, internet, direkt TV, GPS və s. olmaqla müxtəlif tipli və funksiyalı peyk qəbulediciləri daxildir. Artıq Agentlik Rusiyanın müvafiq qurumları ilə Kosmik Məlumatların Qəbuledici Kompleksi üçün avadanlıqların quraşdırılmasına dair də danışıqlara da başlayıb. Xatırladaq ki, Azərbaycan ilə Rusiya arasında imzalanmış saziş çərçivəsində 2007-ci ilin əvvəlində MAKA-da “Uniscan-24” Kosmik Məlumatların Qəbuledici Kompleksi quraşdırılıb.
Bununla yanaşı MAKA-nın nəzdində olan Kosmik Cihazqayırma Təcrübi Zavodu, Kosmik Cihazqayırma Məxsusi Konstruktor Bürosu və Xüsusi Konstruktor Texnoloji Bürosunda yenidənqurma işlərinin aparılması və bu müəssisələrdə istehsalla bağlı müasir avadanlıqlar da qurulur. Cari il ərzində Müdafiə Nazirliyi, MAKA, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin birgə iştirakı ilə peykin idarə edilməsi və istismarı üzrə yerüstü sisteminin inşası layihəsi reallaşdırılmalıdır.
Agentlik kosmik mütəxəssislərin hazırlanması və kadr problemini həll etmək istiqamətində də bir sıra tədbirlərin həyata keçirilməsi planlaşdırır. Kadrların hazırlanması üçün MSN-də yeni tədris bazasının yaradılması, həmçinin Mingəçevir şəhərində yerləşəcək tədris bazasında kosmik sahə üzrə müxtəlif kadrların hazırlanması nəzərdə tutulur. Bu mərkəzlə paralel olaraq ali məktəblərdə xüsusi ixtisaslar üzrə mütəxəssislər hazırlanacaq.
Rəşad

911