Zidan yenidən  "Real"ı idarə edə bilər
24 mart 2025 17:31 (UTC +04:00)

Zidan yenidən "Real"ı idarə edə bilər

"Real Madrid"in sabiq baş məşqçisi Zinəddin Zidan növbəti dəfə kluba rəhbərlik edə bilər.

Lent.az xarici mediaya istinadla bildirir ki, Zidan 4 ildir işsizdir. 2026-cı il dünya çempionatından sonra Zidanın Fransa millisinin baş məşqçisi postunda Deşamı əvəzləyəcəyi haqda da danışılır.

Zidan 2016-2018 və 2019-2021-ci illərdə "Real Madrid"i çalışdırıb. Bu müddət ərzində o, komandanı iki dəfə İspaniya çempionu tituluna çıxarıb, iki dəfə İspaniya Superkubokunu və UEFA Superkubokunu qazanıb. İki dəfə Klublararası Dünya Kubokunu və üç dəfə UEFA Çempionlar Liqasının qalibi olub.

Zidan həmçinin 2002-ci ildə “Real Madrid” oyunçusu kimi Avropanın premyer klub turnirinin qalibi olub.

Fransa millisi ilə işlədiyi müddətdə Deşam komandanı 2018-ci il Dünya Kubokunda qələbəyə və 2021-ci ildə Millətlər Liqasında birinci yerə aparıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 639

Oxşar yazılar