Tüpürcək “Neftçi”yə 5000 manata başa gəldi
05 mart 2013 14:15 (UTC +04:00)

Tüpürcək “Neftçi”yə 5000 manata başa gəldi

AFFA İntizam Komitəsi “Neftçi” klubunun yarımmüdafiəçisi Cavid İmamverdiyevi 6 oyunluq cəzalandırıb. Lent.az-ın məlumatına görə, İmamverdiyev Azərbaycan Kubokunun ilk ¼ final matçından sonra “Simurq”un futbolçusuna tüpürdüyü üçün diskvalifikasiya olunub.

 

Bu cəza yalnız Azərbaycan Kuboku matçlarına şamil edilib. Kluba isə 5000 manat cərimə kəsilib.

 

Qeyd edək ki, “Neftçi” rəhbərliyi Cavid İmamverdiyevi bu hərəkəti səbəbindən əvvəlcə əvəzedici heyətə göndərib. Lakin bir neçə gün sonra İmamverdiyev əsas komandaya qaytarılıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 780
avatar

Oxşar yazılar