Moldovalı olimpiya mükafatçısının Azərbaycan yığmasına keçidi üçün danışıqlar aparılır
05 mart 2013 17:27 (UTC +04:00)

Moldovalı olimpiya mükafatçısının Azərbaycan yığmasına keçidi üçün danışıqlar aparılır

2012-ci il London Yay Olimpiya Oyunlarında bürünc medal qazanmış Moldova ağırlıqqaldıranı Kristina Yovunun Azərbaycan milli komandasına keçidi gündəmdədir. Lent.az-ın məlumatına görə, gənclər və idman naziri Azad Rəhimov jurnalistlərə açıqlamasında bu məsələ ilə bağlı Azərbaycan və Moldovanın ağır atletika federasiyaları arasında danışıqların aparıldığını bildirib.

 

Nazir bildirib ki, hazırda danışıqların gedişi açıqlanmır: “Biz nəticəni gözləyirik. İnanıram ki, sonda biz o nəticəni əldə edəcəyik”.

 

Qeyd edək ki, Kristina Yovu 2012-ci il London Yay Olimpiya Oyunlarında 53 kq çəki dərəcəsində bürünc medal qazanıb. O, iki hərəkətin cəmində 219 kq ağırlıq qaldırıb. Eyni çəkinin öhdəsindən taypeyli Hsu Şu-Çinq də gəlib. Lakin 21 yaşlı Yovunun çəkisi Hsudan 380 qram ağır olduğundan, gümüş medala sahib ola bilməyib. Qızıl medalı isə qazaxıstanlı Zulfiya Çinşanlo (226 kq) qazanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 580
avatar

Oxşar yazılar