Levon Aronyan Azərbaycanın folklor musiqisini çox bəyənir
04 mart 2013 18:36 (UTC +04:00)

Levon Aronyan Azərbaycanın folklor musiqisini çox bəyənir

“Əmin olmasam da, “bizimkidir” deyirəm”

 

Ermənistan şahmatçısı Levon Aronyan Azərbaycanın folklor musiqisini çox bəyəndiyini etiraf edib. Lent.az-ın məlumatına görə, bu barədə beynəlxalq qrossmeyster “news.am”a açıqlama verib.

 

O deyib: “Folklor da mənim çox xoşuma gəlir. Vacib deyil ki, musiqi hansı ölkənindir: Ermənistan, Afrika ölkələri, Türkiyə və ya Azərbaycan olsun. Musiqiçi ilə özünə doğma bir şey tapırsansa, bu, çox gözəldir”.

 

Aronyanın fikrincə, dünyaya verdikləri nəyəsə görə müəlliflik hüququ tələb etməli deyillər. O, digər xalqlarda belə halın təzahürünü o qədər də sivil saymayıb: “Özününkü ilə fəxr etməlisən, amma bunu bütləşdirməməlisən. Mən tez-tez dostlarıma danışır və ya nəyisə göstərərək, “Bu, bizimdir” deyirəm. Amma əmin deyiləm ki, bunu biz yaratmışıq, yaxud digər xalqlardan götürmüşük”.      

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 842
avatar

Oxşar yazılar