FİFA inqilabi dəyişikliyə qərar verdi
19 fevral 2013 17:28 (UTC +04:00)

FİFA inqilabi dəyişikliyə qərar verdi

FİFA uzun müddətdir mübahisə mövzusuna çevrilən topun qapı xəttini keçməsini xüsusi cihazla müəyyənləşdirməyi qərara alıb. Lent.az-ın məlumatına görə, qolun müəyyənləşdirilmə texnologiyası (GLT) ilk dəfə Braziliyada tətbiq olunacaq.

 

Bu, 2013-cü il Konfederasiyalar Kuboku və 2014-cü il dünya çempionatına təsadüf edəcək. Artıq FİFA belə texnologiya hazırlayanları tenderdə iştiraka dəvət edib.

 

Hələlik “Hawkeye” və “GoalRef” sistemləri ali futbol qurumundan lisenziya alıb. Onların hər ikisi ötən il Yaponiyada keçirilmiş klublararası dünya çempionatında istifadə olunub. FİFA bu yenilikdən razı qaldığı üçün GLT-dən Konfederasiyalar Kuboku və dünya çempionatında da yararlanmağı qərara alıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1237
avatar

Oxşar yazılar