Branimir Subaşiç “Qarabağ”da!
22 yanvar 2013 11:00 (UTC +04:00)

Branimir Subaşiç “Qarabağ”da!

Ağdamın “Qarabağ” klubu növbəti futbolçu keçidini gerçəkləşdirib. Lent.az-ın məlumatına görə, Azərbaycan milli komandasının hücumçusu Branimir Subaşiçlə müqavilə bağlanılıb.

 

31 yaşlı serb əsilli oyunçu artıq “Qarabağ”ın düşərgəsinə qoşularaq ilk məşqinə də çıxıb. “Bane” klubun rəsmi saytına açıqlamasında keçidi və hədəfləri haqqında danışıb: “Artıq neçə illərdir Azərbaycanda oynayıram. Özümü burada əcnəbi saymıram. “Qarabağ”ı da yaxşı tanıyıram. Demək olar ki, əksər futbolçularla tanışam. Komandada məni çox yaxşı qarşıladılar. “Qarabağ”ın sistemi, məqsədi hər şeyi bəllidir, əla kollektivi, futbol oynamaq üçün bütün şəraiti var. Bilirəm ki, cari mövsüm komandanın hədəfi çempionluqdur. Bura oynamağa və komandaya fayda verməyə gəlmişəm. Bunun üçün əlimdən gələnin ən yaxşısını etməyə çalışacağam. İnanıram ki, mövsümün sonunda çempionluğu bayram edəcəyik”. 

 

Qeyd edək ki, Branimir Subaşiç əvvəllər Azərbaycanın “Neftçi”, “Qəbələ” və “Xəzər Lənkəran” klublarının da formasını geyinib. Son klubu “Xəzər Lənkəran”la müqaviləsi qışda başa çatan forvard “Qarabağ”a azad agent kimi keçib. Subaşiç 2007-ci ildən dəvət aldığı Azərbaycan millisində 38 oyuna 7 qol vurub. Bu, Ağdam təmsilçisinin qışda 3-cü transferi olub. Daha öncə yarımmüdafiəçi Elvin Musazadə və Kristian Torreslə də müqavilə bağlanılıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 960
avatar

Oxşar yazılar