Azərbaycandan Misirə 30 idmançı yollandı
18 fevral 2013 16:18 (UTC +04:00)

Azərbaycandan Misirə 30 idmançı yollandı

Azərbaycanın taekvondo üzrə kişi və qadınlardan ibarət yığma komandaları Misirin İskəndəriyyə şəhərinə yollanıb. Azərbaycan Taekvondo Federasiyasının mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, millimiz fevralın 25-də start götürəcək “Alexandria Open” beynəlxalq turnirində mübarizə aparacaq.

 

3 gün davam edəcək yarışda ölkəmiz 30 idmançı ilə təmsil olunacaq. Kişilərdən ibarət yığmamızın baş məşqçisi Ələkbər İmaməliyev 19 taekvondoçunun xidmətindən yararlanacaq. Samir Aydınov, Vüqar Kərimov və Məcid Sofiyev 54 kq, Samir Cavadlı, Vüsal Məmmədov, Ruslan Abbasov və Pərvin Əliyev 58 kq, Ramik Nəzərov və Tahir Hüseynov 63 kq, Hüseyn Mehralıyev və Fariz Əliyev 68 kq, İlkin Şahbazov, Elvin Məmmədov və Vladislav Subbotin 74 kq, Ramin Əzizov, Xosrov Əhmədov və Ramin Abdullayev 80 kq, Bayraməli Vəliyev və Fərid Tağızadə isə 87 kq çəki dərəcəsində mübarizə aparacaq.

 

Qadınlardan ibarət millimizin baş məşqçisi Gündüz Abdullayev isə 11 taekvondoçuya - Xəyalə Quliyeva, Surə Fərəcli (hər ikisi 46 kq), Nübar Hacıyeva, Türkanə Tahirli və Ülviyyə İskəndərova (hər üçü 49 kq), Günay Ağayeva, Aygül Abdullayeva (hər ikisi 53 kq), Günay Ağakişiyeva (57 kq), Səbinə Mikayılova, Aytən Səmədli (62 kq) və Fəridə Əzizovaya (67 kq) şans verəcək.

 

Nümayəndə heyətinə Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayev rəhbərlik edəcək. Yığmamız turnirə İranda yerli milli komanda ilə birgə hazırlaşıb.

 

Qeyd edək ki, 5-ci dəfə təşkil edilən “Alexandria Open” turniri Ümumdünya Taekvondo Federasiyasının “G1” dərəcəli yarışlarındandır. Bu nüfuzlu turnirin mükafatçıları eyni zamanda beynəlxalq reytinq xallarını artırırlar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 744
avatar

Oxşar yazılar