Azad Rəhimov: “Hesabat üçün çoxlu mövzu var”
05 mart 2013 17:14 (UTC +04:00)

Azad Rəhimov: “Hesabat üçün çoxlu mövzu var”

Milli Olimpiya Komitəsinin (MOK) martın ortalarında keçiriləcək Baş Məclisi əsasən hesabat xarakterli olacaq. Lent.az-ın məlumatına görə, bu barədə jurnalistlərə gənclər və idman naziri və MOK-un vitse-prezidenti Azad Rəhimov açıqlama verib.

 

O deyib ki, hesabat üçün çoxlu mövzu var: “Həmin mövzular ətrafında maraqlı müzakirələr ola bilər”.

 

Nazir, həmçinin Baş Məclisdə MOK İcraiyyə Komitəsi üzvlərinin sayının artırılması və ya onların tərkibində dəyişikliklərin gözlənilmədiyini vurğulayıb.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 766
avatar

Oxşar yazılar