AFFA milli komandamızı Şanxaya göndərir
06 mart 2013 17:37 (UTC +04:00)

AFFA milli komandamızı Şanxaya göndərir

AFFA-nın vitse-prezidenti, millət vəkili Rauf Əliyev Çində səfərdə olub. Lent.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, səfər çərçivəsində R.Əliyev Şanxay Futbol Federasiyasının rəhbərliyi ilə görüşüb.

 

Görüşdə AFFA rəsmisi futbolun inkişafı məqsədilə keçirilən layihələri, futbolun kütləviliyinin artırılması, uşaq, yeniyetmə və gənclər arasında bu idman növünün təbliğinin gücləndirilməsi, eyni zamanda gənclərə sağlam həyat tərzinin aşılanması məqsədilə görülən işləri qeyd edib, Azərbaycanda digər idman növləri ilə yanaşı futbolun da inkişaf yolunda olduğunu bildirib.

 

Təklif irəli sürülüb ki, AFFA ilə Şanxay Futbol Federasiyası arasında əməkdaşlıq edilsin, yeniyetmə və gənclərdən ibarət Azərbaycan komandalarının Şanxayda təlim-məşq toplanışları və yoldaşlıq görüşləri, eyni zamanda çinli futbolçuların ölkəmizdə analoji tədbirləri təşkil olunsun. Təklifi hər iki tərəf müsbət qiymətləndirib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 521
avatar

Oxşar yazılar