“Ulduzların Azərbaycanda  oynamasının vaxtı çatıb”
19 fevral 2013 18:09 (UTC +04:00)

“Ulduzların Azərbaycanda oynamasının vaxtı çatıb”

AFFA İcraiyyə Komitəsinin üzvü Ələkbər Məmmədov yeni təkliflə çıxış edib. Veteran futbolçu Lent.az-a açıqlamasında Azərbaycan klublarına ulduz futbolçuların cəlb olunma vaxtının yetişdiyini bildirib.

 

Onun sözlərinə görə, əvvəllər belə oyunçuların gətirilməsi stadionlarımızın acınacaqlı vəziyyətdə olması və komandalarımızın aşağı səviyyədə çıxış etmələri üzündən mümkün deyildi. Amma indi, onun fikrincə, vəziyyət fərqlidir: “Artıq klublarımız Avropa kuboklarında öz sözlərini deməyə başlayıblar. Bakıda və bölgələrimizdə yeni-yeni stadionlar, otellər inşa olunub, klublarımızın büdcəsi ildən-ilə artır. Vaxtilə “Neftçi”nin asanlıqla məğlub etdiyi “Qalatasaray” Didye Droqba, Uesli Sneyder kimi ulduzlarla güclənib. Yaxud “Anji” Roberto Karlos, Samüel Eto O ilə güclənib. “Neftçi” SSRİ çempionatında bürünc medal qazananda bu klub ümumiyyətlə yox idi. Əgər “Qalatasaray”, “Anji” kimi klublar ulduz futbolçularla anlaşa bilirlərsə, nəyə görə bizim komandalar eyni addımı atmasınlar? Artıq Droqba, Eto O kimi futbolçuların Azərbaycanda da oynamasının vaxtı çatıb”

 

Sabiq futbolçu hesab edir ki, futbol klublarımız çoxsaylı ortabab legionerlərlə müqavilə bağlamaqdansa, yüksək səviyyəli əcnəbilərlə güclənməlidirlər. O, son olaraq, “Rabitə”nin Çempionlar Liqasının “4-lər finalı”na vəsiqə qazanmasını xatırladıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 978
avatar

Oxşar yazılar