“Neftçi”dən qovulan qapıçı məşqçiliyə başladı
18 fevral 2013 18:33 (UTC +04:00)

“Neftçi”dən qovulan qapıçı məşqçiliyə başladı

“Neftçi” futbol klubunun və Azərbaycan milli komandasının sabiq qapıçısı Rauf Mehdiyev məşqçi fəaliyyətinə başlayıb. Lent.az-ın məlumatına görə, o, Zaqatala “Simurq”u ilə müqavilə bağlayıb.

 

Rauf “Simurq”un əvəzedici heyətində qapıçılarla yanaşı, aşağı yaş qrupları ilə də işləyəcək. Klub rəhbərliyi aşağı yaş qruplarından ibarət komandalarda və əvəzedici heyətdə yüksək səviyyəli qapıçıların yetişdirilməsi məqsədilə bu addımı atıb.

 

Qeyd edək ki, Rauf Mehdiyev karyerasına 1992-ci ildə Sabirabadın “İnşaatçı” klubunda başlayıb. Daha sonra o, Bakının “Tərəqqi”, “Azəri”, “Neftçi”, “Fərid”, “Şəmkir”, “Qarabağ”, “Bakı”, “Olimpik”, “Karvan” komandalarında forma geyinib. Karyerasına isə 36 yaşında ikən “Neftçi”də son qoyub. 2012-ci il avqustun 1-də Çempionlar Liqasının III təsnifat mərhələsində İsrailin “Hapoel” (Kiryat-Şmona) komandasına 0:4 hesablı səfər məğlubiyyətindən sonra

 

Təcrübəli əlcək ustası 2009-cu ildə "Simurq"da da oynayıb. Mehdiyev UEFA Kubokunun təsnifat mərhələsindəki çıxışı zamanı Zaqatala təmsilçisinin şərəfini qoruyub. Qapıçı 2004 - 2008-ci illərdə Azərbaycan millisinin heyətinə də dəvət alıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1338
avatar

Oxşar yazılar