“Neftçi” futbolçularını kameralarla izlətdirəcək
06 mart 2013 19:30 (UTC +04:00)

“Neftçi” futbolçularını kameralarla izlətdirəcək

 

“Neftçi” futbol komandasının ev oyunlarını keçirdiyi “Bakcell” Arenada müxtəlif rakurslarda xüsusi kameralar quraşdırılıb. Lent.az-ın flaqmanın rəsmi saytına istinadən verdiyi məlumata görə, bu yenilik klubun xarici şirkətlərlə müqaviləsi əsasında həyata keçirilib.

 

Məqsəd flaqmanın oyunlarında futbolçuların fərdi keyfiyyətlərini tam analiz etməkdən ibarətdir. “Neftçi”nin sifarişi ilə xarici şirkət nümayəndələri 3 gün ərzində stadionda müvafiq hazırlıq işləri aparıb. Müqaviləyə əsasən “ağ-qaralar”ın bütün ev oyunlarında futbolçuların fiziki aktivliyi və göstəriciləri analiz edilərək operativ surətdə kluba təqdim ediləcək.

 

Qeyd edək ki, “Neftçi” növbəti ev oyununu martın 7-də “Simurq”a qarşı keçirəcək. Azərbaycan Kubokunun ¼ final mərhələsinin cavab görüşünə biletlər 1 manata satılır. Oyun saat 17:00-da başlanacaq.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 739
avatar

Oxşar yazılar