“Barselona”nın qapıçısına şok cəza
06 mart 2013 18:41 (UTC +04:00)

“Barselona”nın qapıçısına şok cəza

İspaniyanın “Barselona” futbol komandasının qapıçısı Viktor Valdes 4 oyunluq cəzalandırılıb. Lent.az-ın məlumatına görə, buna Valdesin “Real Madrid”lə ölkə çempionatı matçında hakimi təhqir etməsi səbəb olub.

 

31 yaşlı qolkiper “Deportivo”, “Rayo Valyekano”, “Selta” və “Malyorka” ilə görüşləri buraxacaq.

 

Qeyd edək ki, “Barselona”nın “Real Madrid”ə 1:2 hesabı ilə uduzduğu qarşılaşmadan sonra Viktor Valdes referi Migel Anxel Peres Lasanın penalti təyin etməməsinə kəskin etirazını bildirib. Lasa Valdesə qırmızı vərəqə göstərib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1612
avatar

Oxşar yazılar