"Atletiko Madrid" "Mançester Siti"nin hücumçusu Julian Alvaresin transferi üçün təklifini təkmilləşdirib.
Lent.az xarici KİV-ə istinadla bildirir ki, rəsmi təklifin bonuslar da daxil olmaqla təxminən 75 milyon avro olduğu bildirilir. Hücumçu Samu Omorodionun "Atletiko Madrid"dən "Çelsi"yə keçməsi Alvareslə bağlı vəziyyətdən asılı olaraq qalır.
"Mançester Siti"nin Alvaresi 75-80 milyon avroya xarici kluba sata biləcəyi barədə məlumatlar var idi. O, olimpiadada Argentina üçün oynadıqdan sonra gələcəyi ilə bağlı qərar verəcəyini bildirib - komanda avqustun 2-də turnirdən kənarlaşdırılıb.
Ötən mövsüm 24 yaşlı hücumçu bütün yarışlarda 54 matçda iştirak edib, 19 qol vurub, 13 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2028-ci ilin yayına kimi nəzərdə tutulub. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 90 milyon avrodur.