Türkiyə Super Liqasının 34-cü turunda "Fənərbaxça" - Beşiktaş" oyununu idarə edəcək hakim müəyyənləşib.
Lent.az xəbər verir ki, İstanbul derbisini Yasin Kol idarə edəcək.
"Fənərbaxça" - "Beşiktaş" qarşılaşması mayın 4-də, Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.
"Fənərbaxça" 75 xalla ikinci, "Beşiktaş" 52 xalla dördüncü pillədə qərarlaşıb.