Braziliyadan böyük hesabla qələbə
06 dekabr 2022 01:05 (UTC +04:00)

Braziliyadan böyük hesabla qələbə

DÇ-2022-də 1/8 finalın daha bir matçı keçirilib.

Apasport.az saytının məlumatına görə, Qətərdəki mundialın 16-cı günü Braziliya – Cənubi Koreya oyunu ilə yekunlaşıb.

Altıncı 1/4 finalçının müəyyənləşdiyi görüşün taleyi matçın ilk 45 dəqiqəsində həll olunub. Braziliyalılar qarşılaşmaya erkən qollarla başlayıb. Öncə Vinisius, ardınca Neymar asiyalıları məyus edib. Fasiləyədək Rişarilson və Lukas Paketa da rəqib qapısına yol tapıb. 

Asiyalıların gücü ikinci hissədə təsəlli qolu vurmağa çatıb. 4:1 hesablı qələbə qazanan pentakampeonlar 1/4 finala yüksəlib.

Qeyd edək ki, 1/8 finala sabah baş tutacaq iki görüşlə yekun vurulacaq.

DÇ-2022
1/8 final
5 dekabr
23:00. Braziliya – Cənubi Koreya - 4:1

Qollar: Vinisius, 7, Neymar, 13 (pen.), Rişarilson, 29, Lukas Paketa, 36 - Seung-Ho Paik, 76

# 1308
avatar

Oxşar yazılar

Mahir Emreli oynadı, komandası büdrədi

Mahir Emreli oynadı, komandası büdrədi

4 fevral 2023 , 22:58
Manuel Noyer

Noyer bu müsahibəsinə görə cərimələnəcək

4 fevral 2023 , 20:29
"Fənərbaxça" 17 yaşlı oyunçusunu PSJ-yə  vermədi

"Fənərbaxça" 17 yaşlı oyunçusunu PSJ-yə vermədi

4 fevral 2023 , 19:30
“Beşiktaş”ın 7 oyunluq  məğlubiyyətsizlik seriyası   sona çatdı

“Beşiktaş”ın 7 oyunluq məğlubiyyətsizlik seriyası sona çatdı

4 fevral 2023 , 19:19
“Arsenal” Liverpulda  uduzdu

“Arsenal” Liverpulda uduzdu

4 fevral 2023 , 18:47
"Əl-Nəsr"in oyunçusu DANIŞDI:  "Ronaldo gələndən vəziyyət çətinləşib"

"Əl-Nəsr"in oyunçusu DANIŞDI: "Ronaldo gələndən vəziyyət çətinləşib"

4 fevral 2023 , 18:04
"Messi futbolun yaratdığı ən yaxşı oyunçudur" - Ramos

"Messi futbolun yaratdığı ən yaxşı oyunçudur" - Ramos

4 fevral 2023 , 16:04
"Barselona" 18 saniyə gecikdi,  transferi əlindən alındı

"Barselona" 18 saniyə gecikdi, transferi əlindən alındı

4 fevral 2023 , 12:56