Azərbaycanın veteran şahmatçısı vəfat edib
16 sentyabr 2010 15:12 (UTC +04:00)

Azərbaycanın veteran şahmatçısı vəfat edib

Lent.az-ın məlumatına görə, Oleq Timofeeviç Pavlenko 1942-ci ildə Bakı şəhərində anadan olub.

Gənc yaşlarında şahmata olan marağı onu tezliklə idmanın bu növü ilə yaxından məşğul olmağa məcbur edib. 1959-cu ildən 1975-ci ilə qədər Oleq Pavlenko Azərbaycan milli komandasının şərəfini SSRİ xalqlar spartakiadasında qoruyub. 1960-cı ildə SSRİ-Yunanıstan dostluq matçında gənclərdən ibarət komandada SSRİ-ni təmsil edib. Veteranlar arasında keçirilən Azərbaycan çempionatının mükafatçısı olub. O, ömrünün son 20 ilini Azərbaycanda istedadlı şahmatçıların üzə çıxmasına sərf edib. Onun məşqçi-müəllim kimi çoxsaylı istedadlı şahmatçıların inkişafında böyük əməyi olub.

Azərbaycan Şahmat Federasiyası Oleq Pavlenkonun vəfatı ilə əlaqədar idman ictimaiyyətinə dərin hüznlə başsağlığı verir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1024

Oxşar yazılar