“Fənərbağça”nın sabiq futbolçusu casus çıxdı
16 sentyabr 2010 13:56 (UTC +04:00)

“Fənərbağça”nın sabiq futbolçusu casus çıxdı

Lent.az-ın İsveçrənin “Tages Anzeiger” qəzetinə istinadən verdiyi məlumata görə, Vagenhaus 1989 – 1993-cü illərdə “Dinamo” (Drezden) komandasında oynadığı vaxt ADR-in STASİ adlı kəşfiyyat orqanına “işləyib”.

O, komanda yoldaşı Detlef Şösslerlə birgə bu işi həyata keçirib. Hər iki oyunçu “Dinamo” Avropa kuboku matçlarına gedərkən, komandadakı digər oyunçuların ADR-dən qaçma planlarını STASİ-yə ötürüblər.

Qeyd edək ki, Andreas Vagenhaus 1993-1994-cü il mövsümündə “Fənərbağça”ya transfer olub. İstanbul klubu ilə 2 illik müqavilə bağlayan müdafiəçi 20 oyunda 1 qol vurub. O, müqaviləsi başa çatmadan mövsümün sonunda qarşılıqlı razılıq əsasında komandanı tərk edib. Vagenhaus 1990-cı ildə ADR yığmasının heyətində 3 matçda iştirak edib. 1991-ci ildə ADR Almaniya Federativ Respublikasına birləşərək, vahid Almaniyaya çevrilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 686

Oxşar yazılar