“Bakı”da daha bir itki
16 sentyabr 2010 11:15 (UTC +04:00)

“Bakı”da daha bir itki

Lent.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, braziliyalı yarımmüdafiəçisi Unibank Premyer Liqasının V turunda "Gəncə" ilə oyunda əlindən zədə alıb.

Həkimlər Juninyonun ən azı bir həftədən sonra komanda ilə məşqlərə başlayacağını bildiriblər.

Qeyd edək ki, sentyabrın 12-də keçirilmiş “Bakı” – “Gəncə” matçı 1:1 hesablı heç-heçə ilə nəticələnib. Həmin oyunda paytaxt klubunun qırmızı vərəqə alan 2 oyunçusu – İbrahim Karqbo və Əziz Quliyev də “Simurq”la növbəti qarşılaşmanı buraxacaqlar.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 576

Oxşar yazılar