“Azərbaycanda “Formula-1” trasının inşası üçün 3 – 5 milyon manat lazımdır”
06 sentyabr 2010 19:03 (UTC +04:00)

“Azərbaycanda “Formula-1” trasının inşası üçün 3 – 5 milyon manat lazımdır”

Lent.az-ın məlumatına görə, bu fikirləri gənclər və idman naziri Azad Rəhimov sentyabrın 6-da keçirdiyi mətbuat konfransında deyib.

Nazirin fikrincə, belə bir trasın salınması üçün 3-5 milyon manat civarında vəsait lazımdır. Rəhimov bu qədər vəsaiti hansısa imkanlı şəxs və ya şirkət ödəməyə təşəbbüs göstərsə, dövlət buna etiraz etməyəcək: “Təəssüflər olsun ki, hazırda “Formula-1” üzrə Azərbaycanı təmsil edən idmançı və avtomobil yoxdur. Digər ölkələrin idmançıları üçün isə bu qədər pul xərcləmək düzgün deyil. Hazırda belə bir plan yoxdur, amma gələcəkdə ola bilər”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 538

Oxşar yazılar