60 min nəfərlik stadion 18 saniyəyə yerlə-yeksan oldu
06 sentyabr 2010 10:57 (UTC +04:00)

60 min nəfərlik stadion 18 saniyəyə yerlə-yeksan oldu

Lent.az-ın məlumatına görə, əvvəlcə stadion ətrafında 250 metrlik radiusda yaşayanlar təxliyə edilib.

Sonra isə arena 18 saniyəyə yerlə-yeksan edilib. Bu zaman böyük toz dumanı ətrafı bürüyüb. Yıxılan stadionun yerində yenisi tikiləcək. Növbəti dünya çempionatı üçün inşa olunacaq eyniadlı yeni arena 50 min tamaşaçı tutumuna, 4 VİP, 62 tualet, 46 gigiyenik tualet və 2 min avtomobillik dayanacağa malik olacaq.

Qeyd edək ki, “Fonte Nova” stadionunda 2007-ci ildə təmir-bərpa işləri aparılarkən, divarın uçması nəticəsində 7 nəfər dünyasını dəyişib. Həmin vaxtdan arena qapalı saxlanılırdı.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 674

Oxşar yazılar