US Open: Rafael Nadal növbəti mərhələdə
04 sentyabr 2010 18:44 (UTC +04:00)

US Open: Rafael Nadal növbəti mərhələdə

Tennis üzrə “Böyük dəbilqə” seriyasından “US Open” turnirində kişilərin fərdi mübarizəsində 3-cü mərhələnin bütün iştirakçıları müəyyənləşib. Lent.az-ın məlumatına görə, kişilərin yarışında ispaniyalı Rafael Nadal Denis İstomini (Fransa) məğlub edib – 6:2, 7:6 (7:5), 7:5. Onun 3-cü mərhələdə rəqibi Jill Simon (Fransa) olacaq.

Böyük Britaniyalı Endi Mürrey Dastin Braunu (Yamayka) üstələyib – 7:5, 6:3, 6:0. Mürrey növbəti mərhələdə Stanislav Vavrinska (İsveçrə) ilə qarşılaşacaq.

Qadınların fərdi mübarizəsində isə 3-cü mərhələnin görüşləri start götürüb. İtaliyalı Françeska Skyavone Alyona Bondarenkonu (Ukrayna) yenib – 6:1, 7:5. Skyavone növbəti mərhələdə Anastasiya Pavlyuçenkova (Rusiya) ilə üz-üzə gələcək. ABŞ tennisçisi Venus Uilyams Mandi Minellaya (Lüksemburq) qalib gəlib. Onun növbəti rəqibi Şahar Peer (İsrail) olacaq. Ana İvanoviç (Serbiya) və Kim Kleysters (Belçika) isə 4-cü mərhələdə qarşılaşacaqlar. İvanoviç Virciniya Ratsanonu (Fransa) 7:5, 6:0, Kleysters isə Petra Kvitovanı (Çexiya) 6:3, 6:0 hesabı ilə məğlub edib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 603

Oxşar yazılar