Gəncə PFK-nın saytı istifadəyə veriləcək
04 sentyabr 2010 16:27 (UTC +04:00)

Gəncə PFK-nın saytı istifadəyə veriləcək

Bu barədə Lent.az-a klubun mətbuat katibi Məqsəd Rəhimov məlumat verib.

Onun sözlərinə görə dizayn və effektləri ilə seçiləcək saytda Gəncə PFK-nın tarixi, rəhbərlik və oyunçular barədə məlumatlar, şəkillər, videolar, komanda barədə son informasiyalar, qədim Gəncə şəhərinin dünəni və bu gününü əks etdirən şəkillər, maraqlı məlumatlar yer alacaq. Bundan başqa saytda uşaq futbolu, fan-klub və əlaqə bölməsi də fəaliyyət göstərəcək ki, bura daxil olan azarkeşlər öz fikir və təkliflərini yaza biləcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1100

Oxşar yazılar