David Vilya Raulun rekordunu təzələyə bilər
03 sentyabr 2010 14:59 (UTC +04:00)

David Vilya Raulun rekordunu təzələyə bilər

Lent.az-ın məlumatına görə, 29 yaşlı hücumçu millidə vurduğu qolların sayında Raul Qonsalesə məxsus rekordu təzələmək niyyətindədir. “Yığma tarixində ən yaxşı hücumçu ilə rəqabət aparmaq mənim üçün böyük şərəfdir. Raulun rekordunu təzələməyi çox istərdim. Amma qollarımı yalnız İspaniyanın qələbəsinə kömək edəcəyi üçün vururam” deyə Vilya açıqlama verib.


Lixtenşteyn və İspaniya İ qrupunda yer alıb. İki ölkənin yığmaları arasındakı görüş Bakı vaxtı ilə saat 23:45-də başlanacaq.


Qeyd edək ki, hazırda David Vilyanın hesabında 42 qol var. O, hazırda Almaniyanın “Şalke 04” komandasında çıxış edən əfsanəvi hücumçu Raul Qonsalesdən 2 top az vurub. Amma Raul artıq İspaniya yığmasına çağırılmır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 730

Oxşar yazılar