“Bakı”dan gedən Tunc Afşar Bakıda ev aldı
02 sentyabr 2010 15:05 (UTC +04:00)

“Bakı”dan gedən Tunc Afşar Bakıda ev aldı

“Bakı” futbol klubunun vitse-prezidenti vəzifəsindən istefa verən türkiyəli Tunc Afşar Azərbaycan paytaxtında mənzil alıb. Bu haqda Lent.az-a Afşarın özü məlumat verib.

Onun sözlərinə görə, yeni mənzili Həsən Əliyev (köhnə İnqilab) küçəsindəki 5 mərtəbəli binalardan birində yerləşir. Afşar voleybol üzrə yığma komandamızın üzvü Natəvan Qasımova ilə bu yaxınlarda nişanlanıb. Türkiyəli klub rəsmisi bildirib ki, toyu 2011-ci ilin mayında olacaq. O, gələcək həyat yoldaşı ilə həmin mənzildə yaşamağı düşünür.

Qeyd edək ki, hazırda Türkiyənin İstanbul şəhərində olan Tunc Afşar Bakıya həftəsonu qayıdacaq. O, artıq “Bakı” klubundan istefa verdiyi və gələcək taleyinə hələ aydınlıq gəlmədiyini bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 801

Oxşar yazılar