US Open: Venus Uilyams uddu, Endi Roddik uduzdu
02 sentyabr 2010 14:11 (UTC +04:00)

US Open: Venus Uilyams uddu, Endi Roddik uduzdu

Lent.az-ın məlumatına görə, kişilərin fərdi mübarizəsində sensasiya qeydə alınıb.

Tanınmış tennisçi Endi Roddik (ABŞ) gözlənilmədən Yanko Tipsareviçə (ABŞ) uduzub – 6:3, 5:7, 3:6, 6:7 (4:7). Tipsareviçin növbəti rəqibi Qael Monfil (Fransa) olacaq.

Qadınların yarışında isə favoritlər növbəti qələbələrini qazanıblar. Venus Uilyams (ABŞ) Rebekka Marinonu 3 setdə yenib – 7:6 (7:3), 6:3. Onun növbəti rəqibi Mandi Minella (Lüksemburq) olacaq.

Ana İvanoviç (Serbiya) Xi Çenqi (Çin) 6:3, 6:0, Kim Kleysters (Belçika) isə Salli Pirsi (Avstraliya) 6:2, 6:1 hesabı ilə üstələyib. 1/16 finalda İvanoviç Vircini Razzano (Fransa), Kleysters isə Petra Kvitova (Çexiya) ilə üz-üzə gələcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 711

Oxşar yazılar