Qadın tennisçi oyun vaxtı huşunu itirdi – FOTO
02 sentyabr 2010 13:40 (UTC +04:00)

Qadın tennisçi oyun vaxtı huşunu itirdi – FOTO

Lent.az-ın məlumatına görə, belaruslu tennisçi Viktoriya Azarenko turnirin II dövrəsinin oyunu zamanı huşunu itirib.

Hadisə argentinalı Xisel Dulko ilə qarşılaşmada baş verib. Azarenko kortu əlil arabası ilə tərk etməli olub. İdmançını xəstəxanaya yerləşdiriblər. Həkimlər ona yüngül beyin silkələnməsi diaqnozu qoyublar. Qələbə avtomatik olaraq, Dulkoya verilib.

Xəstəxanada Azarenko özünə gəlib. O, görüşdən öncə trenajor zalında məşq edərkən, qaçış zolağında yıxıldığını, nəticədə başı və əlinin yarıldığını bildirib. Belaruslu tennisçi məhz bunun nəticəsində kortda xoşaglməz halla üzləşdiyini vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 824

Oxşar yazılar