“Tottenhem” Pavlyuçenkonu “Liverpul”a satmaqdan imtina etdi
01 sentyabr 2010 19:27 (UTC +04:00)

“Tottenhem” Pavlyuçenkonu “Liverpul”a satmaqdan imtina etdi

Lent.az-ın “talkSPORT”a istinadən verdiyi məlumata görə, “Liverpul” Pavlyuçenkonu Avropada “transfer pəncərəsi”nin bağlandığı gün – avqustun 31-də əldə etmək istəyib.

Baş məşqçi Roy Hocson 29 yaşlı oyunçunu hücum xəttində dünya çempionu Fernando Torreslə yanaşı oynatmaq istəyib. Lakin Hocsonun “Tottenhem”dəki həmkarı Harri Rednapp Pavlyuçenkonun satılacağı halda, sərəncamında xeyli az hücumçunun qalacağı qənaətinə gəlib.

Qeyd edək ki, Roman Pavlyuçenko “Tottenhem”ə 2008-ci ildə Moskva “Spartak”ından transfer olub. O, ötən mövsüm İngiltərə çempionatında 16 matçda 5 qol vurub. Bu mövsüm isə Pavlyuçenko komandasının 3 oyununun 2-də sonradan meydançaya daxil olsa da, fərqlənə bilməyib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 791

Oxşar yazılar