Almaniya yığmasının kapitanı məlum oldu
01 sentyabr 2010 18:45 (UTC +04:00)

Almaniya yığmasının kapitanı məlum oldu

Lent.az-ın “Bild”ə istinadən verdiyi məlumata görə, 2010-cu il dünya çempionatında Ballak zədəli olduğu üçün bundestimin kapitanı funksiyasını Filipp Lam yerinə yetirib.

Son mundialın bürünc mükafatçıları sentyabrın 3-də Belçika, bundan 4 gün sonra isə Azərbaycan millisi ilə qitə çempionatının seçmə oyunlarına çıxacaqlar. Fiziki hazırlığının optimal olmaması səbəbindən Ballak həmin görüşlərə çağırılmayıb. Onun yoxluğunda Lam yenə kapitan kimi fəaliyyətini davam etdirəcək.

Qeyd edək ki, Köln şəhərində keçiriləcək Almaniya – Azərbaycan matçı Bakı vaxtı ilə saat 23:45-də başlanacaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 712

Oxşar yazılar