İlk dünya çempionatının yeganə sağ qalan futbolçusu da öldü - FOTO
31 avqust 2010 10:01 (UTC +04:00)

İlk dünya çempionatının yeganə sağ qalan futbolçusu da öldü - FOTO

Lent.az-ın məlumatına görə, 1910-cu il fevralın 5-də doğulmuş Varallo avqustun 30-da dünyasını dəyişib.

Onun ölümünün səbəbi məlum deyil. Varallo 1930-cu ildə keçirilmiş ilk dünya çempionatının sağ qalan sonuncu iştirakçısı idi. Hücumçu mövqeyində çıxış etmiş argentinalı “Gimnasia de La Plata” və “Boka Huniors” klublarının formasını geyinib. Argentina millisində isə Varalla 1930 və 1933 – 1937-ci illərdə oynayıb. O, “Boka Huniors”da 210 matçda 181, yığmada isə 16 matçda 7 qol vurub.

Qeyd edək ki, Fransisko Varallo ilk dünya çempionatının finalında çıxış edib. 1930-cu il iyulun 30-da keçirilmiş həmin oyunda Uruqvay Argentinaya qalib gəlib – 4:2.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1162

Oxşar yazılar