Alberto Zakkeroni karyerasında ilk dəfə yığmada
31 avqust 2010 09:57 (UTC +04:00)

Alberto Zakkeroni karyerasında ilk dəfə yığmada

Lent.az-ın məlumatına görə, bu post italiyalı Alberto Zakkeroniyə həvalə olunub.

57 yaşlı mütəxəssislə 2 illik müqavilə bağlanılıb. Zakkeroni dünya çempionatından sonra istefaya göndərilmiş Takesi Okadanı əvəzləyib. Bununla da təcrübəli mütəxəssis Yaponiya futbolu tarixində yığmaya rəhbərlik edən 6-cı əcnəbi, amma ilk italiyalı kimi tarixə düşüb. Zakkero əvvəllər vətənində “Milan”, “İnter” və “Yuventus” kimi komandalara rəhbərlik edib. O, karyerasında ilk dəfə yığmanın baş məşqçisi kimi fəaliyyətə başlayır.

Qeyd edək ki, Yaponiya millisi Alberto Zakkeroninin rəhbərliyi altında ilk matçlarını sentyabrın 4-də və 7-də keçirəcək. Asiyalılar həmin tarixlərdə Paraqvay və Qvatemala ilə yoldaşlıq görüşlərində qüvvələrini sınayacaqlar. Yığmanın rəsmi oyunları isə 2011-ci ilin yanvarında Qətərdə təşkil olunacaq Asiya Kubokuna təsadüf edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 761

Oxşar yazılar