Qapıçı karyerasında 90-cı qolunu vurdu – FOTO
30 avqust 2010 17:07 (UTC +04:00)

Qapıçı karyerasında 90-cı qolunu vurdu – FOTO

Lent.az-ın məlumatına görə, futbol tarixinin ən məhsuldar qolkiperi avqustun 30-a keçən gecə “Flüminense” ilə ölkə çempionatı matçında fərqlənib.

“Sambaçı” cərimə zərbəsi ilə komandasının ilk qoluna imza atıb. 2:2 hesabı ilə nəticələnən qarşılaşmada “San-Paulu”nun digər qolunu Fernandau vurub. “Flüminense”dən isə Deku və Leandro Euzebio fərqlənib.

Hesab 2:2 olarkən, “Flüminense” penalti vurmaq hüququ qazanıb. Lakin Seni Vaşinqtonun zərbəsini dəf edib. Oyundan sonra bombardir qapıçı bildirib ki, onun üçün 90-cı qolunu vurmaq yox, komandasına heç-heçə bəxş etmək daha vacib idi. O, “San-Paulu”nun turnir cədvəlindəki vəziyyətini yaxşılaşdırmaq üçün çalışmalı olduqlarını açıqlayıb.

Qeyd edək ki, 2010-cu il Braziliya çempionatında “San-Paulu” 17 matçdan 19 xalla 15-ci pillədə qərarlaşıb. “Flüminense” isə 37 xalla liderdir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 694

Oxşar yazılar