“Qarabağ” “Xəzər Lənkəran”ın futbolçusunu aldı – FOTO
30 avqust 2010 16:37 (UTC +04:00)

“Qarabağ” “Xəzər Lənkəran”ın futbolçusunu aldı – FOTO

Lent.az-ın “Qarabağ”ın rəsmi saytına istinadən verdiyi məlumata görə, 31 yaşlı yarımmüdafiəçi ilə 1 illik müqavilə bağlanılıb.

Devran 2007-2008-ci il mövsümündə Türkiyənin “Sivasspor” komandasında çıxış etdikdən sonra “Xəzər Lənkəran”a keçib. O, orta sahədə əzmkarlığı və döyüşkənliyi ilə seçilib. Lakin Lənkəran komandasına Mirça Rednikin baş məşqçi təyin olunmasından sonra yarımmüdafiəçi transferə çıxarılıb.

“Qarabağ”a gəldiyi üçün çox sevindiyini deyən Ayxan Ağdam klubunu seçməsinin səbəbini açıqlayıb: “Azərbaycanda oynadığım son 2 ildə “Qarabağ”ın nə qədər çox sevildiyinin şahidi oldum. Xüsusən, son 2 ildə “Qarabağ” Avropa Kuboklarında əldə etdiyi nəticələrlə hər kəsin rəğbətini qazanıb. Bir türk olaraq yerlilərin-azəri türklərinin çox olduğu komandada oynamaq qürurvericidir. İnşallah, bu mövsüm “Qarabağ”la sonda çempionluğu bayram edərik. Bunun üçün əlimdən gələnin ən yaxşısını etməyə çalışacağam”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 727

Oxşar yazılar