Vaqif Cavadov rəsmən “Bakı”da
30 avqust 2010 16:27 (UTC +04:00)

Vaqif Cavadov rəsmən “Bakı”da

Lent.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, 21 yaşlı hücumameylli yarımmüdafiəçi Hollandiya “Tvente”sindən 1 illik icarəyə götürülüb.

Futbolçu ilə müqavilə avqustun 30-da “Bakı”nın bazasında imzalanıb. O, yeni klubunda 9 nömrəli formanı geyinəcək. Artıq millimizin Almaniyada keçirdiyi təlim-məşq toplantısına yola düşən Cavadov sentyabrın 10-da Bakıya dönəcək. Onun “Bakı”da debütü sentyabrın 12-də "Gəncə" ilə Unibank Premyer Liqasının V turunda reallaşa bilər.

Qeyd edək ki, Vaqif Cavadov Hollandiyanın “Tvente” klubuna yanvarda “Qarabağ”dan keçib. O, “Tvente”nin heyətində heç bir rəsmi oyuna çıxmasa da, ölkə çempionu titulunu qazanıb.


1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 817

Oxşar yazılar