“Milan” İbrahimoviçi icarəyə götürdü
30 avqust 2010 15:29 (UTC +04:00)

“Milan” İbrahimoviçi icarəyə götürdü

Lent.az-ın “Eurosport”a istinadən verdiyi məlumata görə, bu haqda “rossonyerlər”in vitse-prezidenti Adriano Qalliani açıqlama verib.

Qalliani İbrahimoviçi 1 illik icarəyə götürdüklərini, növbəti mövsüm isə transfer hüququnu 24 milyon avroya ala biləcəklərini açıqlayıb. 29 yaşlı hücumçu avqustun 30-da tibbi müayinədən keçdikdən sonra yeni klubu ilə müqavilə bağlayacaq.

Qeyd edək ki, Zlatan İbrahimoviç “Barselona”nın heyətində cəmi bir mövsüm çıxış edib. O, Kataloniya klubuna 66 milyon avro qarşılığında İtaliya “İnter”indən keçib. Anlaşmanın bir hissəsi kimi kamerunlu hücumçu Samuel Eto O əks istiqamətə yollanıb. Lakin inadkar xarakterə malik İbrahimoviçlə “Barsa”nın baş məşqçisi Xosep Qvardiolanın münasibətləri qaydasına düşməyib. İspaniya yığmasının forvardı David Vilyanın gəlişindən sonra isə o, heyətdəki yerini itirmə təhlükəsi ilə üzləşib. Bu səbəbdən, “Milan” variantı İbrahimoviç üçün göydəndüşmə olub. İndi isveçli hücumçu baş məşqçi Massimiliano Alleqriyə 2004-cü ildən sonra ilk dəfə İtaliya çempionluğunu qazanmaqda yardımçı olmalıdır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 692

Oxşar yazılar