Ölümdən qurtulan Nicat Tağıyev: “Bir də xəstəxanada ayıldım” – MÜSAHİBƏ - EKSKLÜZIV
30 avqust 2010 13:29 (UTC +04:00)

Ölümdən qurtulan Nicat Tağıyev: “Bir də xəstəxanada ayıldım” – MÜSAHİBƏ - EKSKLÜZIV

Unibank Premyer Liqasının IV turunda “Qəbələ” ilə oyun vaxtı MOİK-in ölümdən qurtulan futbolçusu Nicat Tağıyevin Lent.az-a müsahibəsi

- Hazırda vəziyyətiniz necədir?

- Bu gün səhər saatlarında Qəbələ şəhər Mərkəzi Xəstəxanasından buraxılmışam. Vəziyyətim yaxşıdır, narahat olmayın.

- Qəbələ şəhər Mərkəzi Xəstəxanasında vəziyyətin haqda nə dedilər?

- Dedilər ki, yaxşısan. Problem yoxdur.

- Həmin epizodu necə xatırlayırsınız?

- Açığı, həmin epizod yadımda deyil. Bir də xəstəxanada ayılmışam.

- Amma meydançanı xərəkdə tərk edərkən, artıq ayıq vəziyyətdə görünürdünüz...

- Ola bilər. Amma meydançanı necə tərk etməyim yadımda qalmayıb.

- “Qəbələ”nin qapıçısı Pavel Doroşevlə toqquşarkən, zərbəni boğazınızdan almışdınız?

- Xeyr, zərbə sinəmə dəymişdi. Bundan sonrası dəqiq yadımda deyil.

- Doroşevə hər hansı iradınız yoxdur?

- Xeyr. Adi oyun epizodunda oldu. Doroşev mənə qarşı bilərəkdən kobud oynamadı.

- Qəbələdəki xəstəxanadan hara buraxılmısınız: evinizə, yoxsa Bakıdakı tibb müəssisələrindən birinə?

- Hazırda Sumqayıt şəhərindəki evimizə MOİK rəhbərliyi ilə birgə qayıdıram.

- Məşqlərə nə vaxt başlaya bilərsiniz?

- 2-3 gündən sonra. Bildiyiniz kimi, Azərbaycan milli komandasının sentyabrın 7-də Almaniya ilə keçirəcəyi rəsmi matçla əlaqədar çempionatda 2 həftəyədək fasilə yaranıb. Bu müddətdə yenidən əvvəlki formama qayıdacağıma ümid edirəm.

Elşən Məmmədov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1303

Oxşar yazılar