Azərbaycanlı futbolçu oyun vaxtı ölümdən qurtuldu
29 avqust 2010 23:49 (UTC +04:00)

Azərbaycanlı futbolçu oyun vaxtı ölümdən qurtuldu

Lent.az-ın məlumatına görə, 25-ci dəqiqədə MOİK-in futbolçusu Nicat Tağıyev “Qəbələ”nin qapıçısı Pavel Doroşevlə toqquşma nəticəsində yerə sərilib.

Huşunu itirən Tağıyevin boğazından ciddi zədə aldığı müəyyənləşib. Onu təcili tibbi yardım işçilərinin elə yerindəcə köməyilə özünə gətirmək mümkün olub. Bu vaxt oyun 12 dəqiqəyədək dayanıb. Xəsarət alan futbolçu xərəklə meydançadan çıxarılıb və təcili yardım maşını ilə Qəbələ şəhər xəstəxanasına çatdırılıb.

Tağıyevin MOİK-dəki komanda yoldaşları psixoloji durumlarının pozulduğunu əsas gətirərək, oyunu davam etdirmək istəməyiblər. Lakin AFFA nümayəndəsi Ramiz Abdullayevin müdaxiləsindən sonra görüş davam etdirilib. Qarşılaşma 0:0 hesablı heç-heçə ilə başa çatıb.

Oyundan sonra keçirilən mətbuat konfransında MOİK-in baş məşqçisi Ramil Əliyev Nicat Tağıyevin vəziyyətinin qənaətbəxş olduğunu bildirib. Onun sözlərinə görə, gənc futbolçu Qəbələ şəhər xəstəxanasında həkim nəzarətində müalicəsini davam etdirir: “Nicatın vəziyyəti artıq yaxşılaşıb, tezliklə sağalacağına və yaxın günlərdə yenidən məşqlərə başlayacağına ümid edirəm”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 756

Oxşar yazılar