Rüstəm İbrahimbəyovun təşkilatı Hökumət Evindən çıxarıldı
23 yanvar 2013 18:33 (UTC +04:00)

Rüstəm İbrahimbəyovun təşkilatı Hökumət Evindən çıxarıldı

Kinodramaturq Rüstəm İbrahimbəyovun rəhbərlik etdiyi Kinematoqrafçılar İttifaqı Hökumət Evindən çıxarılıb. İttifaqın katibi Əli İsa Cabbarov Lent.az-a açıqlamasında bildirib ki, bu gün Bakı şəhər İcra Hakimiyyətinin nümayəndələrinin tapşırığı ilə ofislərini boşaltmalı olublar: “Heç bir səbəb göstərilmədi. Sadəcə tapşırıq verdilər ki, binanı boşaltmalısınız. Deyim ki, bu Vergilər Nazirliyi tərəfindən aparılan araşdırmaya görədir, yox. Çünki onunla heç bir bağlılığı yoxdur. Heç icarə haqqına görə də ola bilməz. Biz vaxtlı-vaxtında ödəmələr edirdik. Dedilər ki, sabah bütün sənədləri sizə göstərəcəyik”.

 

İttifaq katibi bildirib ki, onlara məxsus avadanlıqlar binanın zirzəmisinə yığılıb: “40 illik fəaliyyətimiz ərzindəki bütün mükafatlar, sənədlər, arxivlər, filmlər hamısını zirzəmiyə yığdıq. Əşyaları toplamaq üçün 30-40 nəfər fəhlə kömək etdi. Həddindən çox əşyalar var idi. Bizim üçün ayrılan balaca bir zirzəmiyə yığdıq. Bundan sonra bilmirəm vəziyyət necə olacaq”.

 

Əli İsa Cabbarov bildirib ki, hazırda Moskvada olan Rüstəm İbrahimbəyova məsələ ilə bağlı məlumat veriblər. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2158

Oxşar yazılar