Qənirə Paşayeva gürcü həmkarları ilə görüşüb
22 yanvar 2013 18:01 (UTC +04:00)

Qənirə Paşayeva gürcü həmkarları ilə görüşüb

Tedo Çaparidze: “Azərbaycan Gürcüstanın dostu və strateji müttəfiqidir”

 

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) Nümayəndə heyətinin üzvü Qənirə Paşayeva Strasburqda Gürcüstanın AŞPA-dakı yeni nümayəndə heyətinin rəhbəri Tedo Çaparidze və nümayəndə heyətinin üzvləri ilə görüşüb.

 

Lent.az-ın verdiyi məlumata görə, Qənirə Paşayeva görüşdə deyib ki, Azərbaycan və Gürcüstanın parlament üzvləri, parlamentlərarası dostluq qrupları və iki ölkənin parlament nümayəndə heyətləri ölkələrimizin ərazi bütövlüyünün təmin olunması istiqamətində AŞPA da daxil olmaqla, bütün beynəlxalq təşkilatlarda əməkdaşlığı daha da genişləndirməlidir.

 

Qənirə Paşayeva bildirib ki, Azərbaycan və Gürcüstanı ortaq keçmiş, dostluq münasibətləri, ümumi maraqlar, Gürcüstan vətəndaşı olan azərbaycanlılar və Azərbaycan vətəndaşı olan gürcülərlə bərabər ortaq problemlər də birləşdirir.

 

Tedo Çaparidze də hər iki ölkənin parlament üzvlərinin birgə fəaliyyətinin daha da güclənməsini, birgə səylərin daha da artırılmasını vacib sayıb. Onun sözlərinə görə,  Azərbaycan Gürcüstanın dostu və strateji müttəfiqidir. Görüşdə parlamentlərarası əlaqələrin, dostluq qrupları arasında və nümayəndə heyətləri arasında əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində geniş müzakirə aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 580
avatar

Oxşar yazılar