Qadınları Dubaya və Türkiyəyə aparan “işbazlar” tutuldu
23 yanvar 2013 13:00 (UTC +04:00)

Qadınları Dubaya və Türkiyəyə aparan “işbazlar” tutuldu

Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşları qadınları xarici ölkələrə aparan şəxsləri yaxalayıb. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Şəfiqə Zeynalova gəlir əldə etmək məqsədilə qadınları Türkiyəyə apararaq cinsi istismara məruz qoyması müəyyən edilib. Sumqayıt şəhər sakini Təranə Ağayeva isə gəlir əldə etmək məqsədilə qadınları Birləşmiş Ərəb Əmirliklərinin Dubay Əmirliyinə apardığına görə saxlanılıb.

 

Hər iki qadının əməlləri ilə bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1307
avatar

Oxşar yazılar