Gəncədə gənc oğlan qətlə yetirilib
23 yanvar 2013 10:02 (UTC +04:00)

Gəncədə gənc oğlan qətlə yetirilib

Yanvarın 22-də Gəncə şəhərində qətl hadisəsi törədilib. Gəncə şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Fikrət Əmirov küçəsi, 2 saylı binanın qarşısında 1987-ci il təvəllüdlü Orucov Elnur Tahir oğlu həmyerlisi, 1985-ci il təvəllüdlü Rzayev Cabir İdris oğlunu bıçaqlayıb. İkinci ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib və çox keçmədən ölüb.

 

E.Orucov hadisədən dərhal sonra polis tərəfindən yaxalanıb.

 

İlkin məlumata görə, hadisə şəxsi münasibətlər zəminində törədilib. Faktla əlaqədar Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərrə vurma, zərərçəkənin ölümünə səbəb olduqda) maddəsi ilə iş başlanılıb.

 

Nizam RZA

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1071
avatar

Oxşar yazılar