Fərda Qədirovun qohumu Ombudsmanı məhkəməyə verib - EKSKLÜZİV
23 yanvar 2013 10:06 (UTC +04:00)

Fərda Qədirovun qohumu Ombudsmanı məhkəməyə verib - EKSKLÜZİV

Abşeron rayon prokurorunun sabiq köməkçisi Tofiq Ağacanov Azərbaycanın İnsan Hüquqları Müdafiəsi üzrə Müvəkkilini (Ombudsman) məhkəməyə verib. Lent.az-ın məlumatına görə, T.Ağacanov Ombudsmana qarşı vəzifə borcunun yerinə yetirilməsi ilə əlaqədar üzərinə qoyulmuş öhdəliyin icra edilməsi tələbi barədə iddia qaldırıb.

 

1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi iddia ərizəsini geri qaytarıb.

 

Bakı Apellyasiya Məhkəməsi iddianı təmin etməyib.

 

İşə Ali Məhkəmədə baxılacaq.

 

Qeyd edək ki, T. Ağacanov 30 aprel 2009-cu ildə Azərbaycan Dövlət Neft Akademiyasında terror törədərək 12 nəfəri qətlə yetirmiş, 13 nəfəri yaralamış, sonda isə intihar etmiş Fərda Qədirovun qohumudur. Respublika Baş Prokurorluğu T.Ağacanovu məhz qohumluq münasibətlərində olduğu Fərda Qədirovla əlaqədar istintaqa kömək göstərmədiyi üçün prokurorluqdan xaric edib. T. Ağacanov özü isə hesab edir ki, F. Qədirov onun qohumu deyil.

 

O, Ombudsmanı işdən çıxarılması səbəbindən hüquqlarının müdafiəsinin təmin olunmadığına görə məhkəməyə verib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3720

Oxşar yazılar